image-007_2025_12_ocak_18_20250130_2_67484505_109108955backend

Vaşinqton yaxınlığında təyyarə və helikopter toqquşub

Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında kommersiya təyyarəsi və hərbi helikopter havada toqquşub. Çaya düşən təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğu bildirilib. Xilasetmə işləri zamanı 19 nəfərin cəsədi çıxarılıb.
Elchi.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi yazılı açıqlamaya görə, Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi helikopter toqquşub.
American Airlines şirkətinə məxsus kommersiya təyyarəsi və hərbi helikopter toqquşmadan sonra Potomak çayına düşüb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Təyyarə və vertolyotun havada toqquşması anının bəzi görüntüləri sosial mediada əksini taparkən, hava limanında bütün uçuşlar dərhal dayandırılıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Potomak çayına düşən təyyarədə neçə sərnişinin olduğu və onların vəziyyəti barədə hələlik məlumat yoxdur.
Ronald Reyqan hava limanına və Potomak çayı ərazisinə çoxlu sayda polis, tibb işçiləri və digər xilasedicilərin göndərildiyi anlar ekranlarda əks olunub.
Bildirilib ki, çox soyuq hava və çay səbəbindən ekipajlar sağ qalanları çaydan çıxarmaq üçün zamanla yarışıblar.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki