ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp şəxsi cinayət müdafiəçisi Todd Blanşı baş prokurorun müavini təyin edib.
Elchi.az xəbər verir ki, bu barədə “Fox News” xəbər verir.
“Mən Todd Blanşın administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunam”.
Amerikanın seçilmiş lideri Blanşın peşəkarlığını vurğuladı və onun vəzifəsində “əla iş görəcəyinə” əmin oldu. Trampın sözlərinə görə, baş prokurorun yeni müavini “çox uzun müddətdir pozulmuş ədalət sistemini düzəldəcək”.
ABŞ prezidentliyinə seçilmiş namizədə qarşı məhkəmə prosesləri zamanı Blanş Trampın vəkili olub. 2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu müdafiə etdi.
Yeganə