Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın mövqeyini tənqid edərək, onun Ukraynanın təbii ehtiyatlarından Amerikanın hərbi yardımını maliyyələşdirmək üçün istifadə edilməsi təkliflərini eqoizm adlandırıb.
Elchi.az xəbər verir ki, Şolts bu barədə “Merkur” qəzetinə müsahibəsində açıqlama verib.
“Xarici müdafiə yardımını maliyyələşdirmək üçün Ukraynanın resurslarından istifadə etmək çox eqoistlik olardı”,-deyə alman siyasətçi vurğulayıb.
O, həmçinin əlavə edib ki, Ukraynanın yenidən qurulması böyük çağırış olaraq qalır və bu, ölkənin gələcək ehtiyacları üçün yerli resurslardan rasional istifadəni tələb edir.
Bundan əvvəl Donald Tramp ABŞ-ın Ukraynanın nadir torpaq metallarını əldə etməkdə maraqlı olduğunu bəyan edərək, Vaşinqtonun Kiyevə hərbi dəstəyi müqabilində məhz bu resurslardan istifadə etməyi təklif edib.
Yanvarda dövlət katibinin enerji resursları üzrə köməkçisi Geoffrey Pyatt bəyan etdi ki, ABŞ Çindən tədarükdən asılı olaraq özünü nadir torpaq metalları ilə müstəqil şəkildə təmin edə bilmir.
Yeganə