image-kore-getty-2349167_1backend

Şimali Koreya son altı ildə ilk dəfə beynəlxalq marafona ev sahibliyi edir

Sonuncu dəfə 2019-cu ildə Şimali Koreyada keçirilən Beynəlxalq Pxenyan Marafonu bu il də müxtəlif ölkələrin idmançılarının iştirakı ilə yenidən keçirilib.
Elchi.az xəbər verir ki, Yonhap-ın Şimali Koreyanın yerli mediasına əsaslanaraq verdiyi xəbərə görə, 6 illik fasilədən sonra ölkədə beynəlxalq marafon keçirilib.
Paytaxt Pxenyanda 31-ci dəfə keçirilən marafonda Çin, Rumıniya, Mərakeş, Efiopiya, Polşa kimi müxtəlif ölkələrdən idmançılar iştirak edib.
Ölkənin qurucusu Kim İr Senin xatirəsini anmaq üçün təşkil ediləcəyi deyilən Beynəlxalq Pxenyan Marafonu 2020-ci ildə COVID-19 pandemiyasına görə dayandırılmışdı.
Digər tərəfdən, bir qrup xarici turistin fevral ayının sonunda Şimali Koreyaya səfər etdiyi və ötən il ölkəyə gedən bir qrup rusiyalı turist istisna olmaqla, son 5 ildə ölkəyə daxil olan ilk xarici turist qrupu olduğu bildirilib.
Şimali Koreya 2024-cü ilin fevralında ölkəyə 100-ə yaxın rusiyalı turist qəbul edib. Cənubi Koreyanın Birləşmə Nazirliyi Rusiyanın rəsmi məlumatlarına əsaslanaraq, 2024-cü il ərzində Şimali Koreyaya ümumilikdə 880 rusiyalı turistin səfər etdiyini açıqlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki