Rusiya: ABŞ iqtisadi vasitələrdən siyasi təzyiq aləti kimi istifadə etməyə davam edir

🗓 09.07.2025 20:14 ✍️ "Elçi" qəzeti
Rusiya: ABŞ iqtisadi vasitələrdən siyasi təzyiq aləti kimi istifadə etməyə davam edir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın ticari və iqtisadi vasitələrdən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə davam etdiyini ifadə edərək, “Bu xətt beynəlxalq iqtisadi əməkdaşlığın arxitekturasının pisləşməsinə gətirib çıxarır” deyib. Zaxarova paytaxt Moskvada cari məsələlərlə bağlı mətbuat konfransı keçirib.
Elchi.az xəbər verir ki, iclasda çıxış edən Zaxarova, ABŞ Prezidenti Donald Trampın BRİKS ölkələri və onların anti-Amerika siyasətini qəbul edən digər ölkələrə tətbiq oluna biləcək əlavə 10 faizlik rüsum təhdidinə münasibətini belə ifadə edib:
"Bu diskurs onu göstərir ki, ABŞ ədalətli rəqabət və milli təhlükəsizlik adı altında tətbiq etdiyi gömrük rüsumları kimi qeyri-qanuni sanksiyalardan kommersiya və iqtisadi alətlər üçün siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə davam edir. Bu xətt beynəlxalq iqtisadi əməkdaşlığın arxitekturasının pisləşməsinə gətirib çıxarır, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını və azad ticarət prinsiplərini pozur. Bu, ABŞ-ın öz maraqlarının həddən artıq güclənməsinə xidmət etməməlidir. Böhranı aradan qaldırmaq üçün daxili ehtiyat və resurslardan istifadə etməli və bunu başqa ölkələrin hesabına etməməlidirlər”. Zaxarova bildirib ki, Rusiya iqtisadiyyatı bu cür təzyiq və sanksiyalara uyğunlaşıb və bununla bağlı təcrübə qazanıb.

Şayəstə Hüseynova

Bənzər yazılar