Hindistanın Qucarat əyalətində körpü uçub: 9 nəfər ölüb

🗓 09.07.2025 17:32 ✍️ "Elçi" qəzeti
Hindistanın Qucarat əyalətində körpü uçub: 9 nəfər ölüb

Hindistanın Qucarat əyalətində körpünün uçması nəticəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Hindustan Times qəzetinin məlumatına görə, ştatın Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün iki ayağı arasında olan hissə dağılıb.
Səlahiyyətlilər bildiriblər ki, hadisə zamanı körpünün üstündən keçən 2 yük maşını və 2 furqon çaya düşüb.
Dərhal hadisə yerinə xilasedicilər gəlib və ilkin məlumata görə, 9 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Qucaratın daxili işlər naziri Harş Sanqavi verdiyi açıqlamada hadisə yerinə yüksək səviyyəli nümayəndə heyətinin göndərildiyini və Qucarat Baş Naziri Bhupendra Patelin hadisəni yaxından izlədiyini açıqlayıb.
Baş nazir Patel açıqlamasında 1985-ci ildə inşa edilən körpünün mütəmadi olaraq baxıldığını və qəzanın dəqiq səbəbinin araşdırılacağını bildirib.

Şayəstə Hüseynova

Bənzər yazılar