'Fossil qalaktikası' 3 milyard işıq ili uzaqlıqda kəşf edildi

Alimlər 7 milyard ildir demək olar ki, dəyişməz qalan qalaktikanı müşahidə ediblər. KiDS J0842+0059 adlı bu fosil qalaktika, kainatın ilk çağlarına işıq salan nadir strukturlardan biri olaraq qeydə alınıb.
Elchi.az xəbər verir ki, İtalyan alimləri 3 milyard işıq ili uzaqlıqda yerləşən və 7 milyard ildir demək olar ki, dəyişməz qalan qalaktika kəşf ediblər. KiDS J0842+0059 adlanan bu quruluş astronomiya dünyasında “qalıq qalaktika” kimi tanınan nadir nümunələrdən biridir.
Fosil qalaktikalar kainatın ilk çağlarında sürətlə ulduzlar əmələ gətirən, lakin sonradan digər qalaktikalarla birləşməmiş və təcrid olunmuş vəziyyətdə qalan səma cisimləri olaraq təyin olunur. Bu xüsusiyyətləri sayəsində kainatın əmələ gəlməsi ilə bağlı mühüm məlumatlar verirlər.
İki mərhələli formalaşma prosesi
Alimlərin fikrincə, nəhəng qalaktikalar adətən iki mərhələdə əmələ gəlir. Birinci mərhələdə ulduzlar çox tez doğulur və qalaktika çox sıx, kiçik bir quruluşa çevrilir. İkinci mərhələdə ətraf qalaktikalarla birləşmələr başlayır və struktur böyüyür və inkişaf edir. Ancaq fosil qalaktikaları demək olar ki, heç vaxt bu ikinci mərhələni yaşamır. KiDS J0842+0059 erkən kainatda yaranıb və sonrakı birləşmələrə məruz qalmayıb. Tədqiqatçılar bildirirlər ki, qalaktikadakı ulduzların 99,5 faizi çox erkən əmələ gəlib.
Şayəstə Hüseynova