Fransanın cənubunda 750 hektardan çox meşə sahəsi yanıb

🗓 09.07.2025 19:44 ✍️ "Elçi" qəzeti
Fransanın cənubunda 750 hektardan çox meşə sahəsi yanıb

Fransanın cənubundakı Buş-du-Rhone əyalətinin Pennes-Mirabeau şəhərində dünən başlayan və hələ də yanmaqda olan yanğın 750 hektardan çox meşə sahəsini külə çevirib.
Elchi.az xəbər verir ki, Bouches-du-Rhone qubernatorluğundan verilən açıqlamaya görə, Pennes-Mirabeau şəhərində dünən başlayan yanğın sürətlə Marselin cənubuna yayılır.
Yanğına müdaxilə etmək üçün bölgəyə 800-dən çox yanğınsöndürən, 250 yanğınsöndürən maşını, 6 yanğınsöndürən təyyarə və 7 helikopter göndərilib.
Bu günədək yanğın nəticəsində 750 hektardan çox meşə sahəsi külə dönüb, yanğınsöndürənlər, polislər və vətəndaşlar olmaqla ümumilikdə 94 nəfər yüngül xəsarət alıb, 26 nəfər xəstəxanaya çatdırılıb.
Davam edən yanğın nəticəsində 10 ev külə dönüb, 71 tikili, 2 anbar və 15 avtomobilə ziyan dəyib.
Yanğın dünən Pennes-Mirabeau şəhərində bir avtomobilin yanması ilə başlayıb və 400 vətəndaş evlərindən təxliyə edilib.

Şayəstə Hüseynova

Bənzər yazılar