Rusiya: Ukraynanın hərbi hava limanının infrastrukturuna hücuma keçdik

🗓 09.07.2025 17:23 ✍️ "Elçi" qəzeti
Rusiya: Ukraynanın hərbi hava limanının infrastrukturuna hücuma keçdik

Rusiya Müdafiə Nazirliyi uzun mənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın hərbi hava limanının infrastrukturuna hücuma keçdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirliyin bəyanatında Rusiya ordusunun Ukraynaya qarşı hərəkətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyi bildirilən bəyanatda bunlar qeyd edilib:
"Gecə Rusiya Silahlı Qüvvələri uzun mənzilli yüksək dəqiqlikli silahlar və PUA-lar, o cümlədən hipersəs "Kinjal" raketləri ilə Ukraynanın hərbi hava limanının infrastrukturuna qrup şəklində hücum edib. Hücum hədəfə çatıb və təyin olunmuş elementlər vurulub".

Şayəstə Hüseynova

Bənzər yazılar