Sabah bu şəhərdə qaz olmayacaq

Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, diametri 315 mm PE orta təzyiqli “Şəhər dairəvi” yeraltı daşıyıcı qaz kəmərində kipliyin sınağı aparılacaq. Bu məqsədlə iyulun 10-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul şəhərinin bir hissəsində (ümumi 2 919 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.