Ukrayna ilin sonuna qədər Aİ-dən milyardlarla avro almaq istəyir

Maliyyə Nazirliyi: Ukrayna bu ilin sonuna kimi Aİ-dən daha 20,1 milyard avro almağa ümid edir.
Elchi.az xəbər verir ki, Ukrayna ilin sonuna qədər Avropa İttifaqından təxminən 20 milyard avro yardım almağı planlaşdırır. Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
"İlin sonuna qədər Ukrayna hökuməti Aİ-dən daha 20,1 milyard avro büdcə dəstəyi almağı planlaşdırır", - hesabatda deyilir.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, üç il ərzində Avropa İttifaqının Ukraynaya büdcə dəstəyi 52,5 milyard avroya çatıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Britaniya parlamentində demişdi ki, avropalılar “heç vaxt Ukraynanı tərk etməyəcəklər” və yaradılmış “istəklilər koalisiyası” bunun üçün bir siqnaldır.
Makron vurğulayıb ki, Rusiya Ukraynada irəlilədikcə təhlükə guya Avropaya yaxınlaşır. O, həmçinin qeyd edib ki, Avropa güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcək.
Şayəstə Hüseynova