Tramp: “BRİKS ABŞ dollarını məhv etmək üçün yaradılıb”

🗓 09.07.2025 09:31 ✍️ "Elçi" qəzeti
Tramp: “BRİKS ABŞ dollarını məhv etmək üçün yaradılıb”

ABŞ prezidenti Donald Tramp Braziliyada keçirilən BRİKS 2025 sammitindən danışıb. Donald Tramp açıqlamasında BRİKS-in dollar qarşısında bir addım olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Donald Tramp "BRICS 2025" Sammitindən sonra açıqlamalar verib. Tramp BRİKS-i dolların statusuna doğru addım kimi görür.
ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinin məqsədinin ABŞ dollarının qlobal valyuta statusuna son qoymaq olduğunu bildirib . Tramp açıqlamasında “Dünyanın ehtiyat valyutası olan dollarımızı itirməyəcəyik” deyib.
Tramp ABŞ-ın dolları dünya standartı olaraq saxlamasının həyati əhəmiyyətini vurğulayaraq, " Dünya standartı dollar itirilsəydi, bu, böyük bir dünya müharibəsini itirmək kimi olardı. O zaman biz artıq eyni ölkə olmayacaqdıq" – deyib.
BRICKS ölkələri dolların monopoliyasını qıracaqmı?
Son zamanlar BRİKS ölkələri qlobal iqtisadi tarazlıqları dəyişmək məqsədi ilə hərəkət edirlər. Trampın bəyanatları ABŞ dollarının ehtiyat valyuta statusunu vurğulayır.

 

Nuranə Məmmədova

 

Bənzər yazılar