Rubio: Tramp danışıqlara şans vermək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müvəqqəti dayandırıb.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Moskva və Kiyevlə aparılan danışıqların münaqişənin uzanmasının qarşısını alıb-almayacağını görmək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırıb. “RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlama verib.
Rubio bildirib: “O, sanksiyaları 60 gün müddətinə dayandırmaq qərarına gəldi, çünki həm Ukrayna, həm də Rusiya ilə hazırda davam edən danışıqlardan müsbət bir nəticə çıxıb-çıxmayacağını və müharibənin uzanmasının qarşısının alınıb-alınmayacağını görmək istəyir”.
Bundan əvvəl ABŞ Dövlət katibi qeyd etmişdi ki, Amerika lideri bu 60 günlük müddətdən, Rusiyadan idxal olunan bütün mallara 500%-ə qədər rüsumların tətbiqini nəzərdə tutan “cəhənnəm sanksiyaları”nın təsirini qiymətləndirmək üçün istifadə etmək niyyətindədir. O vurğulayıb ki, bu məhdudiyyətlər təkcə Rusiyaya deyil, həm də Hindistan da daxil olmaqla digər ölkələrə təsir göstərəcək; bu səbəbdən ABŞ administrasiyası hər hansı növbəti addımı atmamışdan əvvəl iqtisadi nəticələri qiymətləndirməyə ehtiyac duyur.
Şayəstə





















