Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin hücumlarını pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə liderlərin telefon danışığının yekunlarına dair Türkiyə liderinin dəftərxanası məlumat verib.
“Prezidentimiz Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. Regionumuzdakı son hadisələr və Səudiyyə Ərəbistanına edilən hücumlar müzakirə olunub. Ərdoğan Türkiyənin husilərin Səudiyyə Ərəbistanına yönəlmiş hücumlarını ən kəskin şəkildə pislədiyini bildirib, insan tələfatı ilə bağlı təəssüfünü və başsağlığını ifadə edib”, – dəftərxanadan qeyd olunub.
Ərdoğan həmçinin əlavə edib ki, “Türkiyə bundan sonra da Səudiyyə Ərəbistanının yanında olacaq” və “bu sınağın dəf ediləcəyinə” əminliyini bildirib.
Məryəm





















