Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya mülki əhalini Yəmənin paytaxtı Səna şəhərində yerləşən neft obyektinin ərazisini tərk etməyə çağırıb.
Elchi.az xəbər verir ki, cavab olaraq, qiyamçı “Ənsar Allah” (husilər) hərəkatı Ər-Riyada və “Saudi Aramco” şirkətinin obyektlərinə zərbələr endirməklə hədələyib.
“Koalisiyanın Birləşmiş Qüvvələrinin Komandanlığı mülki şəxslərdən təhlükəsizlikləri naminə Yəmən Neft Şirkətinin Sənadakı “Əs-Sabaha” mərkəzi stansiyasının ərazisindən təxliyə olunmalarını xahiş edir”, – deyə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial şəbəkəsində yazıb.
Məryəm





















