"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
in HADİSƏ
FacebookVatsap

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.

Bunu da oxuyun

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

Bakıda yaşayış binasında yanğın olub

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İbtidai istintaqın müəyyən etdiyi hallar:

İbtidai istintaq zamanı əldə edilmiş sübutlara əsasən, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, həmin çıxış və paylaşımlar yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır, onların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.

Bu əməllərin hüquqi qiymətləndirilməsi zamanı yayılmış materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.

İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyə Respublikasında yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər:

1. 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;

2. 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);

3. 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan;

4. 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;

5. 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;

6. 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;

7. moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu
tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində “X”, “Facebook”, “İnstagram”, “YouTube”, “TikTok” sosial şəbələləri və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq materiallarına əsasən Rıdvan Kaya 3 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan) isə13 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.
Həyata keçirilən prosessual tədbirlər:

İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyə Respublikasının və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.

Baş Prokurorluqdan çağırış

Baş Prokurorluq bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur. Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.

İnternet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır, şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcəkdir.

Previous Post

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Next Post

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Bənzər yazılar

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

21 Oktyabr 2026 - 12:28

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Quba–Bakı avtomobil yolunda aparılan təmirlə bağlı sürücülərə müraciət edib. Elchi.az xəbər verir...

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az xəbər verir ki, qəza rayonun...

Next Post
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: "Türkiyə qarşıdurmalardan yayınmalıdır" - MÜSAHİBƏ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.