Fransa paytaxtında kütləvi etirazlar fonunda yaranan gərgin vəziyyətlə əlaqədar Paris polis prefekturası bütün ehtiyat qüvvələri xidmətə çağırır.
Elchi.az xəbər verir ki, bu barədə “Marianne” nəşrinin jurnalisti Loran Valdiyye “X” sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin dərc etdiyi məktubda prefekturanın ehtiyat qüvvələri oktyabrın 24-də və noyabrın 4-də növbətçiliyə təcili olaraq çağırdığı qeyd olunur. Prefektura həmin şəxslərdən cavabları cümə axşamına qədər gözləyir.
Məryəm





















