"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Beş il öncə icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisi üzrə tətbiqi Azərbaycanın səhiyyə sistemində mühüm institusional islahat idi.

Bunu da oxuyun

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Bu sözləri  Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, bunun əsas səbəbi yalnız səhiyyənin maliyyələşdirilməsi deyil, həm də əhalinin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq, maliyyə maneələrini azaltmaq və mövcud səhiyyə resurslarından daha səmərəli istifadə etmək zərurəti olub.

O qeyd edib ki, islahatdan əvvəl əsas problemlərdən biri əhali üçün tibbi xidmətlərə çıxışda maliyyə maneələrinin olması idi:

“Eyni zamanda, tibb müəssisələrinin maliyyələşdirilməsi onları xidmətlərin həcmini və keyfiyyətini artırmağa kifayət qədər stimullaşdırmırdı.

İcbari tibbi sığorta səhiyyə vəsaitlərinin vahid fond şəklində toplanması, həmin vəsaitlərin əhali üçün müəyyən edilmiş xidmətlərə yönəldilməsi, tibb müəssisələrinin nəticə və xidmət keyfiyyətinə əsaslanan maliyyələşdirilməsinə keçid və əhalinin tibbi xidmətlərə daha əlçatan çıxışının təmin edilməsi üçün institusional əsas formalaşıb.

İcbari sığorta fondunun strateji alıcı kimi çıxış etməsi səhiyyə xidmətlərinin hansı həcmdə, hansı keyfiyyətdə və hansı tibb müəssisələrindən alınmasına daha məqsədyönlü yanaşma yaratmalı idi”.

Deputatın fikrincə, TƏBİB-in yaradılması bu islahatın digər mühüm tərəfini – səhiyyə xidmətlərinin idarə olunmasını təmin edib:

“TƏBİB səhiyyə sistemində daha aydın idarəetmə və məsuliyyət mexanizminin formalaşmasına imkan verib. Bu, xüsusilə vacib idi, çünki Azərbaycan səhiyyə sistemi uzun müddət əsasən xəstəxana yönümlü modelə əsaslanırdı. Yeni yanaşmada isə ailə həkimi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktikaya daha çox diqqət ayrılması nəzərdə tutulurdu. TƏBİB missiyasını tamamlayıb, keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə inteqrasiya edib.

Yeni islahatın məqsədi səhiyyə idarəetmə sisteminin vahid struktura çevrilməsi, bununla da, səmərəliliyin artırılması, ən əsası isə vətəndaş üçün daha əlçatan, keyfiyyətli və nəticəyönümlü tibbi xidmətin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır”.

P. Vəliyeva vurğulayıb ki, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi səhiyyə sistemində struktur dəyişikliklərindən daha çox, vahid strateji idarəetməyə, daha aydın məsuliyyət, daha güclü koordinasiya və nəticəyönümlü səhiyyə modelinə keçirilməsi baxımından əhəmiyyətlidir:

“Bəzi xəstəliklərin müalicəsi iki qurum arasında bölünüb, bu isə idarəetmədə, data-nın toplanmasında çətinliklər yaradırdı. Vətəndaş bəzən qurumların səlahiyyətləri arasında bölgünü qarışdırırdı, xüsusilə müraciətlərin doğru ünvana çatdırılması ilə bağlı problemlər yaranırdı. Vahid idarəetmə ilə həm tibbi xidmətlərin təşkili, həm ölkə üzrə dərmanların, tibbi avadanlıqların satınalınması, qeydiyyatı və bölgüsü, həm də, kadrların təlimi, sertifikasiyası, işlə təminatı məsələlərinə Səhiyyə Nazirliyi məsul olacaq.

Bundan başqa, səhiyyə siyasətlərinin formalaşdırılması, strategiya planlarının hazırlanması, eləcə də, qanunvericilik təşəbbüsləri vahid qurum tərəfindən irəli sürüləcək.

Dünya praktikasında da belədir, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və həmin quruma tabedir, səhiyyə məsələləri isə digər vahid qurumun səlahiyyətindədir. Təbii ki, icbari tibbi sığorta sisteminin ölkə üzrə tam qavranılması, sistemin oturuşması üçün müəyyən vaxt lazım olur, bu mənada TƏBİB keçid missiyasını uğurla tamamlayıb və daha təkmil idarəetmə modelinə keçid edib”.

Məlumat üçün qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb.

Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.

Previous Post

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Next Post

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Bənzər yazılar

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən şəxsi yığımları...

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30

Avropa İttifaqı (Aİ) Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) birbaşa sərnişin dəmir yolu xəttinin çəkilməsini təklif edir. Məqsəd işçilərin və investorların...

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Əhali...

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,94 Mbps) görə avqust ayına nisbətən 3 pillə geriləyərək 150...

Next Post
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

21 Oktyabr 2026 - 17:05
Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

21 Oktyabr 2026 - 17:03
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

21 Oktyabr 2026 - 16:55
Ukrayna Milli Bankının rəhbəri istefa verib

Ukrayna Milli Bankının rəhbəri istefa verib

21 Oktyabr 2026 - 16:48
Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

21 Oktyabr 2026 - 16:35
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27
“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

21 Oktyabr 2026 - 16:20
Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

21 Oktyabr 2026 - 16:12
Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

21 Oktyabr 2026 - 16:04
Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

21 Oktyabr 2026 - 16:00
Tramp fermerlərə kömək edəcək

Tramp fermerlərə kömək edəcək

21 Oktyabr 2026 - 15:51
“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

21 Oktyabr 2026 - 15:42
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30
“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

21 Oktyabr 2026 - 15:16
Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.