Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Niemeyer bəyan edib ki, Almaniya Rusiyadan qaz idxalını bərpa etməlidir.
Elchi.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”-yə müsahibəsində bildirib.
Siyasətçinin fikrincə, Almaniya 2022-ci il terror aktlarından sağ çıxan “Şimal axını 2” qaz kəmərindən istifadə etməlidir. “Bunu etmək olar; bunun üçün yalnız lisenziya lazımdır”,-deyə Niemeyer bildirib.
Niemeyer əlavə edib ki, ABŞ öz maraqlarına uyğun olaraq Rusiya ilə yanacaq tədarükü razılaşması əldə edib və Berlinin də bunu etməmək üçün heç bir səbəbi yoxdur. “Bu, problemlərimizin dərhal həlli olardı və biz Rusiya ilə ən azı enerji sahəsində normal münasibətlərə qayıda bilərdik. Lakin o zaman bütün digər sahələrdə [Rusiyaya qarşı] sanksiyaları qaldırmağa dəyər”,-deyə o, çağırıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniya kansleri Fridrix Mertsin “Şimal axını”na münasibətini şərh edib. Lavrovun sözlərinə görə, Merts qaz kəmərlərini bərpa etməyəcək.
Yeganə





















