Çin artıq Rusiya, ABŞ və Çin liderlərinin görüşünün hazırlanması ilə məşğuldur və əlverişli şərait yaranacağı təqdirdə bu görüşü Şençjendəki (APEC) sammitinin proqramına daxil edəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
“APEC sammitinin ev sahibləri olan çinli dostlarımız bu görüşün hazırlanması ilə məşğul olacaqlar, daha doğrusu, artıq məşğuldurlar. Əlverişli şərait yaranarsa, çinli dostlarımız, əlbəttə ki, bu görüşü Şençjendəki tədbirlər proqramına daxil edəcəklər”, – deyə o, Putin və Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında baş tutan söhbətin yekunlarına dair jurnalistlərə bildirib.
Üçtərəfli danışıqların mövzusu haqqında konuşan Uşakov qeyd edib ki, “bizim tərəfimizdən bəzi praktiki mülahizələr irəli sürüldü”.
Şençjendə Rusiya-ABŞ-Çin sammitinin keçirilməsi imkanı Putinin Uitkoffla görüşündə müzakirə olunub və bu ideyanı üç paytaxtdan heç biri rədd etmir, deyə Uşakov bəyan edib.
Məryəm




















