Toledoda iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 64-ə yüksəlib.
Elchi.az xəbər verir ki, bu barədə “ABC” telekanalı Kastilya-La Mança muxtar icmasının rəhbəri Emiliano Qarsiya-Peycə istinadən məlumat yayıb.
Region administrasiyasından “CNN”ə bildirilib ki, həlak olanların sayı daha da arta bilər, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Daha 80-ə yaxın nəfər xəsarət alıb, onların 50-si ağır travma alıb.
İlkin məlumatlarda fəlakət nəticəsində 46 nəfərin həlak olduğu bildirilirdi.
Qatarlar Urda şəhərində toqquşub. Müxtəlif məlumatlara görə, “Iryo” şirkətinə məxsus qatarlardan biri yavaş hərəkət edirmiş və ya hətta dayanmış vəziyyətdə olub, “Renfe” şirkətinin qatarı yüksək sürətlə ona çırpılıb və qismən relsdən çıxıb. “CNN”in verdiyi məlumata görə, qatarlardan birində 1 körpə də daxil olmaqla 147 sərnişin, ikincisində isə 397 sərnişin olub.
İlkin versiyaya görə, fəlakətə insan amili – “Adif” dəmir yolu şəbəkəsi operatorunun əməkdaşının səhvi səbəb olub.
Məryəm





















