“Cığır” MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu “Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir
Dahi şairin qələminin cilvələnməsinə şahid olmaq üçün iştirakçılar hər həftənin cümə axşamları günü saat 20:00-da Birliyin ofisində toplaşır.
Təlimçi – Bakı Dövlət Universitetinin İslamşünaslıq ETM-nin aparıcı elmi işçisi f.ü.f.d Yeganə Mirzəyeva ilə Nizami irsi farscadan hərfi tərcümə ilə düşüncələrə yenilik gətirir.
Hər görüş özünəməxsus formada dahi şairin əsərlərinin təhlilinə yönəlir.
Qeyd etmək istəyirik ki, layihə bitdikdən də sonra onun davamlılığının qorunması məqsədilə Nizami gecələri silsiləvi şəkildə həyata keçiriləcəkdir.
Layihənin həyata keçirilməsi istiqamətində göstərdiyi dəstək üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik.






















