ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir. O, hələlik naməlum obyektlərin nə ilə izah olunduğunu bilmədiyini, lakin bu məsələni araşdırmaq istədiyini etiraf edib.
Elchi.az xəbər verir ki, bu barədə siyasətçi “Fox News” telekanalının efirində danışıb.
Vens özünü mömin xristian adlandırıb və fizika qanunlarını dünyada baş verənləri izah etməyin yeganə yolu hesab etmədiyini bildirib. Onun sözlərinə görə, o, mələklərlə müqayisə edilə bilən xeyir və şər ruhların mövcudluğuna inanır.
ABŞ vitse-prezidenti əlavə edib ki, artıq UNO mövzusunu öyrənməyə başlayıb. O, baş verənlər haqqında daha tam təsəvvür əldə etmək üçün “tamamilə məxfi” qrifli məlumatlara çıxış hüququndan istifadə edəcəyinə ümid edir.
Daha əvvəl Pentaqon ağ yuvarlaq sfera formasında olan naməlum obyektin beşdəqiqəlik videoyazısını dərc etmişdi. İdarənin məlumatına görə, çəkiliş 2024-cü ildə Yaxın Şərqdə aparılıb və obyektin sürəti saatda təxminən 500 mil təşkil edib.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi hərbi qulluqçulara, əməkdaşlara və podratçılara naməlum anomaliyasız hadisələr haqqında məxfi məlumatları səlahiyyətli rəsmilərə ötürməyə icazə verib.
Şayəstə





















