Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya zərər vurmaq niyyətinin və ya arzusunun olmadığını bəyan edib.
Elchi.az xəbər verir ki, siyasətçi bu fikirləri brifinq zamanı səsləndirib.
“Belə niyyətlər heç vaxt olmayıb və heç vaxt da olmayacaq; biz eyni yanaşmanı Rusiya Federasiyasından da gözləyirik. Biz Rusiya Federasiyasının suverenliyinə və maraqlarına hörmətlə yanaşırıq, lakin – bütün hörmətimizlə – öz suverenliyimizi və maraqlarımızı daha yüksək tuturuq”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Paşinyan həmçinin qeyd edib ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik daha da artmır. O, Ermənistan tərəfinin Rusiyanın siyasətinə münasibətini dostyana kimi xarakterizə edib.
Daha əvvəl Paşinyan ilin sonuna qədər Rusiyaya üç dəfə – 3, 11 və 22 dekabr tarixlərində səfər etmək niyyətində olduğunu açıqlamışdı. O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Yeganə





















