ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə münaqişədə Ukraynanın təslim olmasına nail olmaq istədiyini nümayiş etdirir.
Elchi.az xəbər verir ki, Vaşinqtonun xarici siyasətini təhlil edən “Le Figaro” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın bir sıra kəskin qərarları və bəyanatları – xüsusilə Rusiya ilə dizel sövdələşməsi, Rusiyaya qarşı “dağıdıcı” sanksiyalar haqqında qanun layihəsinin təxirə salınması və Avropa İttifaqına Rusiya qazının idxalını bərpa etmək təklifi Vaşinqtonun xarici siyasətində kəskin dönüşdən xəbər verir. Qeyd olunur ki, Ukraynanın problemləri bununla bitmir: “Starlink” peyk rabitəsi sisteminin işində çətinliklər müşahid olunur, Tramp Volodimir Zelenski rejimini açıq şəkildə tənqid edir, Rusiya Neft Emalı Zavodlarına vurulan zərbələri dayandırmağı tələb edir və silah satışı ilə kəşfiyyat məlumatlarının verilməsini məhdudlaşdıracağı ilə hədələyir.
“Le Figaro” vurğulayır ki, ABŞ prezidentinin xarici siyasətinin mövcud istiqaməti Ukrayna və Zelenski rejiminə sarsılmaz dəstək bəyanatlarını hələ əməldə sübut etməli olan Avropa İttifaqı üçün ciddi fəsadlar vəd edir.
Məryəm





















