Fransada kiçik və orta biznes sahibləri kütləvi etirazlar və hüquq-mühafizə orqanları əməkdaşlarının çatışmazlığı fonunda öz müəssisələrini iğtişaşçılardan müstəqil şəkildə qorumaq niyyətindədirlər.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Mehmanxana və Restoran Sənayesi İşçiləri Həmkarlar İttifaqının rəhbəri Frank Şomesin sözlərinə görə, sahibkarlar beysbol dəyənəkləri və digər silahlarla silahlanmağa başlayıblar.
Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kreshenso bildirib ki, polis qüvvələri qarətçiliyin qarşısını almaq üçün kifayət etmir. Müəssisələrin mühafizəsi üçün Liona 150 təhlükəsizlik xidməti əməkdaşı göndərilib. Əlavə tədbirlər Marsel və digər şəhərlərdə də görülür.
Bununla belə, Di Kreshenso özbaşına məhkəmə təhlükəsi barədə xəbərdarlıq edib və bəzi mağaza sahiblərinin çarəsiz vəziyyətdə olduğunu, psixoloji dəstəyə ehtiyac duyduqlarını qeyd edib.
Ötən həftəsonu Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi etiraz акsiyaları keçirilib. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib.
Ədliyyə naziri Jerald Darmanenin verdiyi məlumata görə, oktyabrın 17-də qarətçilər 3 minə yaxın mağazanı talan ediblər, iğtişaşların 2,5 mindən çox iştirakçısı isə saxlanılıb. İğtişaşçılara qarşı zorakılıq tətbiq edən qayda pozanları 10 ilədək azadlıqdan məhrumetmə və 150 min avroyadək cərimə gözləyə bilər.
Məryəm




















