Zelenski Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı Rusiya ilə telefon danışıqları aparmaq ehtimalını istisna edib.
Elchi.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski münaqişənin həlli üçün Rusiya ilə telefon danışıqları aparmaq ideyasını rədd edib.
Ukrayna lideri Almaniya kansleri Fridrix Merz ilə birgə keçirdiyi mətbuat konfransında bildirib: “Əgər biz telefonla danışsaq, Rusiya bundan gələcəkdə üzbəüz görüşlərdən yayınmaq üçün bəhanə kimi istifadə edəcək”.
Zelenski əlavə edib ki, o, telefon danışıqlarını “mənasız” hesab edir. Bundan əlavə, o, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etmək ehtimalını bir daha istisna edib.
“Heç kim Moskvaya səfəri dəstəkləməyəcək”, – deyə o vurğulayıb.
Bundan əvvəl senator Vladimir Cabarov qeyd etmişdi ki, Zelenski danışıqlara açıq olduğunu iddia etsə də, Moskvaya getməkdən imtina edir, çünki o, sadəcə “tamaşaçı kütləsinə oynayır”. Cabarovun fikrincə, əgər Zelenski həqiqətən danışıqlara hazır olsaydı, çoxdan Moskvaya gedərdi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin heç vaxt Zelenski ilə danışmaqdan imtina etməyib; əgər Ukrayna prezidenti zəng etsəydi, Putin cavab verərdi. Uşakov həmçinin vurğulayıb ki, Zelenskinin Moskvaya gəlməsi üçün qapılar açıqdır.
Məryəm




















