ABŞ Prezidenti Donald Tramp, ABŞ tərəfindən İsrailə göstərilən 4 milyard dollarlıq yardımın dayandırılacağını açıqladı.
Elchi.az xəbər verir ki, “Fox News”a müsahibə verən Tramp, İsrailə göstərilən maliyyə yardımı ilə bağlı fikirlərini bölüşdü.
4 milyard dollarlıq yardıma toxunan Tramp, “Biz artıq İsrailə pul verməyəcəyik” dedi.
Tramp qeyd etdi ki, İsrailə yardımı ilin sonuna qədər dayandırmaq barədə artıq razılaşma mövcuddur; bununla belə, o əlavə etdi ki, ehtiyac yaranarsa, ABŞ yenə də yardım göstərə bilər.
Məsələnin İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən qaldırıldığını xatırladan Tramp, İsrailin inkişaf etmiş bir ölkə olduğunu və belə bir yardıma ehtiyacı olmadığını bildirdi.
Aralıq seçkilərdən sonra İranla bağlı hansı addımların atıla biləcəyi barədə suala cavab olaraq Tramp dedi: “Məqsədim çoxlu sayda insanı öldürmək deyil, lakin məcbur qalsaq, bunu etməli olacağıq. Bununla belə, bu, mənim hədəfim deyil”.
Məryəm





















