“İrəvandan cənuba iki yol var. Biri ötən ildən Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu, ikincisi isə hələ inşa olunan Qafan-Tatev-İrəvan magistralı. Hər iki yol isə Gorusdan İrəvana gedən yola birləşirdi”.
Bu fikirləri açıqlamasında politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki, dünəndən etibarən Azərbaycan artilleriyası bu yolun cəmi bir neçə kilometrliyində dayanıb: “Bu yollardan başqa Ermənistanın cənubla əlaqəsi coğrafi olaraq mümkünsüzdür. Hazırda Mehri, Gorus, Qafan, Sisiyan və digər yaşayış məntəqələrini birləşdirən yolları nəzarətdə saxlayırıq. Qərbi Zəngəzura yavaş – yavaş qayıdırıq” – deyə politoloq vurğulayıb.konkret.az