image-pakistanda-dehset-yol-kestiler-kimliklerine-bakip-cok-sayida-yolcu-ve-soforu-oldurduler-hoymbackend

Pakistanda dəhşət: Yolu bağladılar, şəxsiyyət vəsiqələrini yoxladılar və çoxlu sərnişin və sürücünü öldürdülər!

Pakistanın ən böyük bölgəsi olan Bəlucistanda magistral yolda separatçı yaraqlıların polis məntəqələrinə, dəmiryol xətlərinə və avtomobillərə təşkil etdiyi hücumlar və ardınca təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında baş verən qarşıdurmalarda ən azı 60 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, hücumlar son illərdə etnik separatçı yaraqlıların ən irimiqyaslı hücumları olub.
Resurslarla zəngin cənub-qərb bölgəsinin Pakistandan ayrılmasını istəyən yaraqlıların üsyanları onilliklərdir ki, davam edir. Çinin regionda strateji liman, qızıl və mis mədəni kimi müxtəlif böyük layihələri var.
Daxili İşlər Naziri Muhsin Naqvi verdiyi açıqlamada, “Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş bir plandır” dedi və təhlükəsizlik qüvvələrinin hücumlardan sonra keçirdiyi əməliyyatlarda 12 yaraqlının öldürüldüyünü söylədi. Nazir əməliyyatlar barədə ətraflı məlumat verməyib.
Pakistan ordusu magistral yolda baş verən hücumda 14 əsgər və polisin həyatını itirdiyini bildirib.
Rəsmilərin açıqlamasına görə, Bəlucistandakı hücum zamanı magistral yolda yük daşıyan avtobuslar və yük maşınları hədəfə alınıb. 23 sərnişin həyatını itirib, 35 avtomobil yandırılıb.
Dəmiryolu rəsmisi Məhəmməd Kaşifin açıqlamasına görə, hücumlarda Pakistan və İran arasındakı dəmir yolu xətti və bölgənin paytaxtı Kvettanı ölkənin qalan hissəsi ilə birləşdirən dəmir yolu körpüsü partlayıcılarla hədəf alınıb.
Polis rəsmiləri, dəmiryol körpüsünə hücumun yaxınlığında şəxsiyyətləri hələ müəyyən edilməmiş 6 nəfərin cəsədini tapdıqlarını açıqlayıb.
Baluç Azadlıq Ordusu (BLA) silahlı təşkilatı jurnalistlərə elektron poçtla göndərilən bəyanatda hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
BLA Pakistanın mərkəzi hökuməti ilə münaqişədə olan ən böyük etnik qruplardan biridir. Çini bölgədən çıxarmaq və müstəqillik əldə etməyi hədəfləyən qrup, mərkəzi hökumətin bölgədəki təbii qaz və mineral ehtiyatları ədalətsiz şəkildə istismar etdiyini bildirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki