image-20backend

Orban “Oreşnik”in buraxılışının Qərbə təsirlərindən danışdı

Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib ki, “Oreşnik” raketinin buraxılması bütün Qərbi düşündürür və ehtiyatlı olmaq çağırışlarına qulaq asacaqlarına ümid edir.

Elchi.az xəbər verir ki, Orbanın sözlərinə görə, Avropada siyasətçiləri məsuliyyətə çağıran iki xəbər var.

“Birincisi, Rusiyanın əvvəllər məlum olmayan silahı işə salmasıdır. Bu silah nümayişi hamımızı düşündürdü. Və həqiqətən ümid edirəm ki, bu, təkcə bizdən deyil, Qərbi Avropadan da ehtiyatlılıq tələb edəcək”, – Macarıstanın baş naziri öz fikrini bölüşüb.

Rusiya prezidenti Vladimir Putin noyabrın 21-i axşam müraciətində bildirib ki, Ukrayna noyabrın 19-da Amerikanın ATACMS uzaqmənzilli raketlərindən və Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edərək, Kursk və Bryansk vilayətlərində yerləşən hədəfləri vurub. .

Buna cavab olaraq, noyabrın 21-də Rusiya Federasiyası Ukraynanın hərbi-sənaye kompleksinin obyektinə hücum etdi – Dneprdə raket və silah istehsal edən böyük hərbi sənaye kompleksi zavodu vuruldu.

Rusiyanın ən yeni orta mənzilli raket sistemlərindən biri olan “Oreshnik” qeyri-nüvə hipersəs ballistik raketi ilə döyüş şəraitində sınaqdan keçirilib. Noyabrın 22-də Rusiya dövlətinin başçısı qeyd edib ki, Rusiya Federasiyasında “Oreshnik”ə oxşar bir neçə sistem sınaqdan keçirilir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki