Maduro ABŞ-a görə Venesuelada iqtisadi fövqəladə vəziyyət elan edəcək.
Elchi.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın bir sıra ölkələrə tətbiq etdiyi yeni idxal rüsumları səbəbindən aprelin 8-də iqtisadi fövqəladə vəziyyət elan edib. O, bu barədə telekanalın efirində bildirib.
“Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün iqtisadi fövqəladə vəziyyət haqqında konstitusiya fərmanını imzalayacağam” Maduro deyib.
O, Vaşinqtonun siyasətini tənqid edərək, ABŞ hökumətini beynəlxalq iqtisadi qaydaları pozmaqda və idxala ədalətsiz tariflər tətbiq etməkdə ittiham edib.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp yeni tarif sistemini təsdiqləyib. Baza dərəcəsi bütün idxal olunan mallar üçün 10% təşkil edir, ayrı-ayrı ölkələr üçün daha yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%.
Bundan sonra Çin ABŞ-la qlobal müqavilə bağlamaq planlarından əl çəkdi və ticarət müharibəsinə hazırlaşmağa başladı, The Wall Street Journal yazır.
Şayəstə Hüseynova