Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, dünya Üçüncü Dünya müharibəsi astanasındadır.
Elchi.az xəbər verir ki, onun sözlərini Belarusun Birinci İnformasiya Kanalı sitat gətirir.
“Biz son vaxtlar çox danışırıq ki, Allah versin, üçüncü dünya müharibəsi başlamasın, sadəcə olaraq bu dəhşətli hadisə ərəfəsindəyik. Amma Allaha şükürlər olsun ki, bəşəriyyət nədənsə hələ də yavaşlayır və hələ bu üçüncü dünya müharibəsinə qərq olmayıb”. Belarus liderinin sözlərinə görə, informasiya müharibəsi uzun müddətdir ki, gedir. O, həmçinin vurğuladı ki, informasiya “dünyanı idarə edir”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Belarusun xarici işlər naziri Maksim Rıjenkovun Brest qalasındakı Əbədi məşəl önünə gül dəstələri qoyduğu məlum olub. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri dekabrda keçiriləcək Rusiya və Belarus İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasına hazırlıq üçün Brest şəhərinə gəlib.
Yeganə