image-ucak-1483638_1backend

Livan hava yolları atəşkəsdən sonra uçuşların sayını artırır

Livanın hava yolu şirkəti Middle East Airlines İsraillə atəşkəs razılaşmasından sonra uçuşların sayını artırmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, Livanın hava yolu şirkəti Middle East Airlines (MEA) tərəfindən edilən yazılı açıqlamada cümə axşamı günündən etibarən uçuşların sayını artıracağı və dekabrın 12-dən etibarən uçuş cədvəlinin normal saatlara dönəcəyi bildirilib.
Şirkət noyabrın 28-dən dekabrın 3-dək 32 əlavə uçuş həyata keçirəcək; Qeyd olunub ki, uçuş istiqamətlərinin sayı 30-u keçəcək.
2023-cü il oktyabrın 8-də İsraillə Hizbullah arasında başlayan nəzarətli qarşıdurmalar Rafik Həriri Beynəlxalq Hava Limanında uçuşların dəfələrlə dayandırılmasına səbəb olub.
Bununla belə, sentyabrın 23-də İsrail ölkənin bir çox bölgəsini, xüsusən də paytaxt Beyrutu şiddətli bombardman etdikdən sonra Livanın bayraq daşıyıcısı Middle East Airlines istisna olmaqla, bütün hava yolları Beyruta uçuşları dayandırıb.
İsrailin hücumları davam edərkən, kəşfiyyat uçuşlarının davamlı olaraq həyata keçirildiyi Beyrut hava limanı hər gün məhdud sayda planlı uçuşlara, eləcə də Livana humanitar yardım aparan bəzi yük təyyarələrinə xidmət göstərir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki