image-istanbul-havalimani-yine-en-yogun-havalimani-oldu-5oo1backend

İstanbul Hava Limanı yenə ən işlək hava limanıdır

İstanbul Hava Limanı 3-9 fevral tarixləri arasında gündə orta hesabla 1336 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeyd edildi.
Elchi.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 3-9 fevral tarixləri üçün “Avropa Aviasiya Hesabatı” məlumatlarını dərc edib.
Buna görə İstanbul Hava Limanı bu dövr ərzində gündə orta hesabla 1336 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul hava limanını gündəlik 1276 reyslə London Hitrou, 1234 uçuşla Amsterdam Şiphol, 1143 reyslə Paris-Şarlz De Qoll və 1107 reyslə Madrid hava limanları izlədi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki