image-daraa-531x299backend

İsrail Dəməşqi bombalayır

İsrail Bəşər Əsəd rejiminin devrildiyi Suriyaya hücumlarını davam etdirir.
Elchi.az xəbər verir ki, Təl-Əviv rəhbərliyi Əsəd rejiminin devrildiyi Suriyada müxtəlif hərbi mərkəzlərə hücumlarını davam etdirir.
İsrail paytaxt Dəməşqin Barze bölgəsindəki “Elmi Araşdırma Mərkəzi”, Dəməşqin çölündə yerləşən Əqraba hava limanında hərbi helikopterlər, Cəmraya bölgəsi, silah anbarları və “Hərbi Elm və Araşdırma Mərkəzi”nə hücum edib.
Təl-Əviv rəhbərliyi Həmanın cənub-qərbindəki Misyaf rayonundakı “Elmi Araşdırma Mərkəzi”ni hədəf alıb. İsrailin hücumuna məruz qalan ərazilər arasında Homsdakı hava limanı və hərbi məntəqələr də var. İsrail Latakiya və şəhərin Mina bölgəsində də hava hücumundan müdafiə sistemlərinə hücum edib.
İsrail aviasiyası Suriyanın şimal-şərqindəki Qamışlı Hərbi Hava Limanına da zərbələr endirib.
Digər tərəfdən devrilmiş Əsəd rejimi ordusundan qaçaraq İsrailə sığınan bəzi rejim ordusu əsgərlərinin də koordinatlar verdiyi iddia edilir.
İsraildə yayımlanan Kanal 13-ün xəbərinə görə, İsrail ordusu gecə saatlarında Suriyanın hər yerində hava hücumları ilə 100 hədəfi vurub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki