image-975a0298-bafd-3b2f-8a52-14e247fdc18c_850backend

İran səfiri: XİN başçılarının “3+3” formatında görüşünün dəqiq tarixi müəyyənləşib

Xarici işlər nazirlərinin Türkiyədə keçirilməsi nəzərdə tutulan “3+3” formatında görüşünün dəqiq tarixi müəyyən edilib.

Elchi.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.

“Tədbirin dəqiq tarixi var və o, diplomatik kanallarla elan ediləcək”, – səfir vurğulayıb.

Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikinci toplantı isə 2023-cü ilin oktyabrında Tehranda baş tutub.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki