image-hizbullah-vuracagiz-diyerek-israil-deki-o-noktalari-isaret-etti-1729976034-577_smallbackend

Hizbullah elan edib: İsraildə 2 hərbi baza və 9 yaşayış məntəqəsi hədəfə alınıb

Livandakı Hizbullah Hərəkatı İsrailin şimal və mərkəzi bölgələrində 2 hərbi baza və 9 yaşayış məntəqəsinə raket zərbələri endirib.
Elchi.az xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada Livanın cənubundan İsrail ordusuna aid hərbi baza və yaşayış məntəqələrinin hədəf alındığı bildirilib .
Təl-Əvivin Ben Qurion hava limanı yaxınlığındakı hərbi bazanın raketlərlə hədəf alındığı qeyd edilən açıqlamada sözügedən bazada hərbi təlimlərin keçirildiyi vurğulanıb.
Açıqlamada, işğal altındakı Qolan təpələrindəki baza və bəzi digər hərbi bölgələrə ardıcıl raket hücumlarının həyata keçirildiyi, İsrailin Safed şəhəri və 9 yaşayış məntəqəsinin raketlərlə hücuma məruz qaldığı bildirilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki