“Türkiyə və Ermənistan arasında normallaşma prosesi istiqamətində addımlar atılıb, xüsusi nümayəndələrin görüşləri baş tutub. Biz də istəyirik ki, Ermənistanla münasibətlər normallaşsın, sərhədlər açılsın, etimad yaransın. Ancaq düşünürəm ki, bu bir müddət zaman alacaq”.
Bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin IX Qlobal Bakı Forumu çərçivəsində panel müzakirədə deyib.
Eks-nazir Azərbaycan torpaqlarının işğal olunduqdan sonra Türkiyənin Ermənistanla sərhədlərini bağladığını xatırladıb.
Hikmət Çətin qeyd edib ki, Ermənistan hələ də öz ərazisindən Azərbaycana dəhliz verməyib. O, bu məsələnin həll olunmalı olduğunu vurğulayıb.
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhebbi bəyan edib ki, əgər ABŞ İrana qarşı yeni hücuma keçərsə, onlar həm...





















Son şərhlər