Gürcüstanda 2026-cı ilin sonunadək 2,6 min hektar sahədə meşələrin bərpa olunması planlaşdırılır.
Elchi.az xəbər verir ki, Milli Meşə Agentliyinin məlumatına görə, işlər ölkənin doqquz regionunda aparılacaq.
Qeyd olunan ərazi təxminən 3 600 futbol meydançasına bərabərdir.
Həyata keçirilən proqram çərçivəsində hakimiyyət orqanları 2031-ci ilə qədər bərpa sahəsini 51 min hektara çatdırmağı planlaşdırır. Bu, Tbilisidən təxminən 70% böyük bir ərazi və ya bütün Gürcüstan ərazisinin 0,73%-i deməkdir.
Məryəm





















