Aİ diplomatları rusiyalı biznesmen Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasına, lakin digərlərinə qarşı məhdudiyyətlərin 36 aya qədər uzadılmasına razılıq verə bilərlər.
Elchi.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu variant kompromis həlli kimi nəzərdən keçirilir, lakin hələ təsdiqlənməyib. Qeyd olunur ki, Aİ səfirləri razılığa gəlmək cəhdi ilə sentyabrın 21-də görüş keçiriblər. Onların qərar verməli olduğu son müddət sentyabrın 23-dür.
Əvvəllər “Politico” nəşri diplomatlara istinadən xəbər vermişdi ki, Slovakiya Mixail Fridman və Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb edib, Fransa isə yalnız Usmanovun siyahıdan çıxarılmasını təklif edib.
Məryəm





















