Tətbiq edilən sanksiyalar səbəbindən sentyabrın 23-dən etibarən İran aviaşirkətləri beynəlxalq reysləri həyata keçirə bilməyəcəklər.
Elchi.az xəbər verir ki, bu baeədə ABŞ-nin Maliyyə naziri Skott Bessent bildirib.
“Sentyabrın 23-də bütün İran aviaşirkətləri dünya üzrə uçuşları dayandıracaq. Dəqiq necə? Əgər onlar eniş etməyə cəhd etsələr, onlara yanacaq və yerüstü xidmətlərin göstərilməsindən imtina ediləcək, bilet satışı qeyri-mümkün olacaq. Əks halda siz dollar sistemindən çıxarılmaq riski ilə üz-üzə qalırsınız”, — deyə o, birinci gün CNBC telekanalının efirində bildirib.
Bessentin sözlərinə görə, ABŞ hansı şirkətlərin İran aviadaşıyıcıları ilə əməkdaşlıq etdiyini diqqətlə izləyir. ABŞ Prezidenti Donald Tramp avqustun 20-də İrana qarşı iqtisadi kampaniyanın başladığını elan etmişdi. Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent dəqiqləşdirib ki, Tramp İranla hər cür əməkdaşlığı dayandırmağa inandırmaq üçün dünya liderləri ilə fəal əlaqə saxlayır.
Məryəm





















