"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, ilk olaraq İran-Azərbaycan münasibətlərinə toxunaq. Möhsün Rezayinin Şahin Mustafayevlə o formada görüşməsi nə deməkdir?

– İslam Respublikası İranda görünür bəzi vəzifəli şəxslər qonaqla bağlı müqddəs kitabımız Quranda yazılanları, Peğəmbərin (s) hədislərində deyilənləri yaxşı öyrənməyiblər. İranda qadına əl uzatmırlar. Şahin Mustafayev onu müsəlman və kişi bilib, əl uzadıb.Türk kişiləri başqa cür görüşürlər, Pezeşkianla Əliyevin görüşü buna nümunədir. Rezayi Mustafayevlə əl tutub görüşmək istəmirdisə, daha ədəbli davranış o olardı ki, protokol xidməti öncədən bu barədə məlumatlandırılardı.
Təəssüf ki, İranda Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən, farsist dairələr var. Ümid edirəm İranda qonşularla dostluq və əməkdaşlıq şəraitində yaşamağa üstünlük verən qüvvələr sonda qalib gələcək, əsas söz sahibi olacaqlar.

– Türkiyə ilə aramızda nə baş verir?

– Türkiyədə də bəzi ədəbsiz “islamçı” dairələr Azərbaycanın dövlət başçısına qarşı tərbiyəsiz davranış nümayiş etdirir, aksiya keçirirlər. Onlar “islam təəssübkeşi” kimi çıxış edir, bizi nankorluqda, İsraillə əməkdaşlıqda ittiham edirlər. İslami dəyərlər, ümumbəşəri ali insani dəyərlərdir. Azərbaycan işğala məruz qalanda biz Fələstinin, çoxsaylı müsəlman ərəb ölkələrinin hayqırtısını, etirazını görmədik, dəstəyini hiss etmədik, əksinə, Ermənistanla onların əməkdaşlığını gördük. 7 oktyabr 2023-cü ildə HƏMAS Qəzza zolağından İsrailə hücum edib günahsız 1200 insanı, musiqi festivalına toplaşmış gəncləri amansızcasına qətlə yetirəndə, gənc qızları, yaşlı qadınları zorlayanda, 250 nəfəri girov götürəndə regionun müsəlman dövlətlərinin bu vəhşiliyi qınayan və HƏMAS-la əməkdaşlığa son qoyan mövqelərini görmədik. Onlar bunu etsəydilər İsrail Qəzzada humanitar fəlakətə yol açan qəddarlıq nümayiş etdirəndə onların İsrailə söz demək haqqı və ona təsir imkanı olardı. Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb. Fələstin problemi ilə bağlı iki dövlət həll prinsipini həmişə dəstəkləyib. Müsəlman dövlətlərin liderləri bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşəndə, heç kim bizə müasir silahlar satmayanda İsaril bizə silah satıb, yəhudu diasporası Qərbdə bizi dəstəkləyib. Bu gün biz bunu unudub, İsrailin haqqını yerə vursaq, sabah ən yaxın qardaşlarımızın da haqqını itirəcəyik.

Türkiyədəki bəzi öyrədilmiş “islam təəssübkeşləri” bizim Türkiyənin 44 günlük savaşda bizə verdiyi dəstəyi qiymətləndirə bilmədiyimizi söyləyirlər. Prezident son 6 ildə neçə yüz dəfə Türkiyəyə bizə verdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ən yüksək səviyyədə ifadə edib? Həm də beynəlxalq tribunalardan. İslamda etdiyin yaxşılığı başa qaxmazlar. Bu günah sayılır. İslamı istismar edən bu nadanlar heç dinimizi də yaxşı öyrənməyiblər. Azərbaycanda heç kim ölkəmizin Türkiyə üçün etdiyini başa qaxmayıb. Çünki biz dünyəvi dövlətə sahib olsaq da daha səmimi müsəlmanıq, bu, bizim qardaşlıq borcumuzdur. Türkiyə Azərbaycan qardaşlığı isə əbədidir. Çünki Türkiyə biz, biz də elə Türkiyəyik.

Previous Post

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Next Post

Azərbaycanda bu kəndi su basdı – Video

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı - Video

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.