Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
“Avropa İttifaqı əvvəlcə ABŞ-ın təzyiqi, sonra isə ətalətlə ölkəmizlə qarşıdurma yoluna qədəm qoyub. Və bu yol ona öz aktual problemlərini həll etməyə imkan verməyəcək və heç vaxt da imkan verməyəcək. Niyə? Çünki bu yol yalnız Avropanın problemlərini daha da gərginləşdirəcək”, – diplomat qeyd edib.
Oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqının həlli mümkün olmayan iqtisadi problemlər səbəbindən dağılacağını bəyan edib. Rusiya lideri onu da vurğulayıb ki, Rusiya ilkin şərt olmadan Avropa ilə danışıqları bərpa etməyə hazırdır.
Putin Qərb ölkələrinə də müraciət edərək, onları harmoniya içində yaşamağa çağırıb. Dövlət başçısının sözlərinə görə, etimadın yaradılması mürəkkəb və kövrək prosesdir, “bərk etmək çətin və məhv etmək çox asandır”. Putin əlavə edib ki, tez-tez hətta tərəfdaş ölkələrin, hətta qarşıdurma vəziyyətində olan dövlətlərin də bir-birinə zidd maraqları olur.
Yeganə




















