Niderlandda Qərbi Nil virusuna yoluxan xəstələrin sayı bir həftə ərzində artaraq 59-a çatıb, oktyabrın 1-dən 7-dək ölkədə daha üç yoluxma halı aşkar edilib.
Elchi.az xəbər verir ki, bu barədə Kral Səhiyyə və Ətraf Mühit İnstitutunun (RIVM) məlumatlarına istinadən “NU.nl” portalı məlumat yayıb.
Məlumata görə, həftə ərzində bir xəstə də vəfat edib. Beləliklə, ölüm halları sayı 10-a çatıb. Dünyasını dəyişənlərin mütləq əksəriyyətini yaşlılar və xroniki xəstəliyi olan şəxslər təşkil edib.
RIVM-in dəqiqləşdirdiyinə görə, yoluxanların hamısı qızdırma simptomları büruzə verməzdən əvvəl ağcaqanad tərəfindən dişlənib. İki yeni hal Cənubi Hollandiya əyalətində, daha bir hal isə Utrextdə qeydə alınıb. Xəstələnənlərin sayına görə Cənubi Hollandiya hələ də liderlik edir (20-dən çox hal), həmçinin virus Şimali Hollandiya, Şimali Brabant, Gelderland və Overeyssel əyalətlərində də qeydə alınıb.
Məryəm





















