Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Səudiyyə Ərəbistanındakı neft obyektlərinin əməkdaşlarını yeni hücum təhlükəsi səbəbindən iş yerlərini tərk etməyə çağırıblar.
Elchi.az xəbər verir ki, bu xəbərdarlıqla üsyançıların hərbi nümayəndəsi Yəhya Saria çıxış edib.
“Silahlı Qüvvələr (husilərin hərbi birləşmələri nəzərdə tutulur) Səudiyyə Ərəbistanının bütün neft obyektlərində çalışan ekspertləri, mühəndisləri və fəhlələri öz həyatlarını təhlükəyə atmamaq üçün qüvvələrimizin hədəfi olan yerlərdən uzaq durmağa çağırır”, – deyə Sarianın “Telegram” kanalında dərc olunan bəyanatında bildirilir.
Hərəkatın nümayəndəsi vurğulayıb ki, təhlükə həm əvvəllər hücuma məruz qalmış obyektlərə, həm də yeni hədəflərə şamil olunur. Bundan əlavə, o, beynəlxalq aviaşirkətlərə, sərnişinlərə və Səudiyyə ərəbistanı hava limanlarının əməkdaşlarına krallığın hava məkanında olmanın təhlükəli olduğu barədə yenidən xəbərdarlıq edib.
Məryəm





















