Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, Rusiya 2025-ci ilin avqustunda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşü zamanı ABŞ tərəfindən irəli sürülən təklifləri tamamilə qəbul edib. Nazir vurğulayıb ki, buna baxmayaraq, Amerika tərəfi özünün ifadə etdiyi kimi, sonradan “Ankorici dəfn etdiyini” bəyan edən Avropanın “misli görünməmiş və həyasız təzyiqinə” dözməyib.
MDB ölkələrinin qarşılıqlı əlaqələrindən danışan Lavrov nəzərə çatdırıb ki, Birlik dövlətləri arasında dəf edilməz fikir ayrılıqları yoxdur və mübahisəli məsələlər üzrə həll yolları tapılır. Onun sözlərinə görə, ölkələrin mövqeləri tam üst-üstə düşə bilməz, lakin birliyin iştirakçıları milli maraqların xüsusiyyətlərini nəzərə alır və “bu maraqların balansına nail olmaq kimi diplomatik mədəniyyətə” riayət edirlər.
Lavrov əlavə edib ki, MDB XİN rəhbərlərinin bugünkü iclasında tərəflər ayrı-ayrı məsələlər üzrə fərqli baxışlara malik olsalar da, yekunda bütün gündəlik üzrə razılıq əldə ediblər.
Məryəm





















