Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Katibi Marko Rubio bildirib.
“Bu sualın “bəli” və ya “xeyr” cavabı yoxdur”, – deyə Rubio jurnalistin Ukraynanın NATO-ya üzv olmalı olub-olmaması ilə bağlı sualına cavab verib. “Hazırda Ukraynanın üzvlüyü gündəmdə deyil, çünki vahid mövqeyin olması üçün konsensusun formalaşdırılması istiqamətində iş aparılmalıdır. Ukraynadan söhbət gedəndə biz sadəcə diqqətimizi mümkün olacağı təqdirdə bu münaqişənin bitirilməsinə cəmləmişik”.
O əlavə edib ki, ABŞ nizamlanma prosesində “konstruktiv rol” oynamaq istəyir. “Biz, təbii ki, dinamikanı izləyirik və görürük ki, hazırda iş bu istiqamətdə (nizamlanmaya doğru) getmir”, – deyə ABŞ Dövlət Katibi bildirib.
Məryəm





















