ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda silahlı münaqişənin dağıdıcı nəticələrinə məhəl qoymamaqda və qlobal təhlükəsizliyi təhlükə altına atmaqda ittiham edib.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ eqoist maraqlar naminə bəşəriyyətin gələcəyini riskə atır və kosmosda silahların tam qadağan edilməsini nəzərdə tutan qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim etmək niyyətindədir.
ABŞ-ın kosmosa nəzarət silahları
ABŞ Hərbi Hava Qüvvələri katibinin köməkçisi Troy Meynk daha əvvəl ABŞ qüvvələrini düşmən hərəkətlərindən qorumaq məqsədilə orbitdə “kosmosa nəzarət silahları”nın yerləşdirildiyini təsdiqləmişdi.
Ekspertlərin qiymətləndirməsinə görə, bu sistemlərə düşmən peyk rabitəsini pozmaq üçün nəzərdə tutulmuş radio-maneə yaratma vasitələri, radioelektron mübarizə platformaları və ya peykləri hədəf alan “ovçu” sistemlər daxil ola bilər.
Rusiya və Çin də oxşar texnologiyalar hazırlayır
Hərbi analitiklər qeyd edirlər ki, bu addım qəfil dəyişiklikdən daha çox, Çinin texnoloji irəliləyişlərinə – xüsusilə də orbitdə hərbi vasitələr yerləşdirməsinə – cavab olaraq aydın siyasi mesaj xarakteri daşıyır.
Eyni zamanda, məlumdur ki, Rusiya və Çin də uzun müddətdir kosmosda peyk ovlayan sistemlər, yaxın məsafədə manevr imkanları və peyk əleyhinə texnologiyalarla bağlı sınaqlar həyata keçirirlər.
Şayəstə




















