“CNN”, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evə daxil olmasına qoyulan qadağaya görə ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırmaq niyyətindədir. Redaksiyalar bu qərarın ABŞ Konstitusiyasına Birinci Düzəlişi pozduğunu hesab edirlər. İddia Vaşinqton Dairə Məhkəməsinə təqdim olunub.
Elchi.az xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.
Tramp bu mediagurumlardan olan jurnalistləri “saxta xəbərlər” yaymaqda ittiham edərək qadağanı sentyabrın 18-də elan edib. Növbəti gün üç təşkilatın jurnalistləri Ağ Evin ərazisinə buraxılmayıb, onların mətbuat kartları isə ləğv olunub və ya müsadirə edilib.
“CNN”, “MS NOW” və “Politico” birgə bəyanatda giriş icazəsinin dərhal bərpa olunmasını tələb etdiklərini bildiriblər. Onlar həmçinin administrasiyanın fəaliyyətini işıqlandırmağa davam edəcəklərini vurğulayıblar.
Məryəm





















